Meksika səfiri: Qarabağda çox böyük layihələr həyata keçirilir

Meksika səfiri: Qarabağda çox böyük layihələr həyata keçirilir
# 03 oktyabr 2023 10:14 (UTC +04:00)

Şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın inkişafı ölkələrimiz arasında humanitar sahədəki əlaqələri daha da möhkəmləndirir.

APA xəbər verir ki, bunu Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Azərbaycanda təşkil olunmuş Şəhərsalma və Məskunlaşma Forumlarının yekununa dair keçirilmiş mətbuat konfransı zamanı deyib.

"Biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində səfərdə olduq. Zəngilan rayonuna səfərimiz zamanı Azərbaycan Prezidenti İlham Əliyevin də səsləndirdiyi kimi, Qarabağda çox böyük layihələr həyata keçirilir. Ümid edirik ki, bu sahədə Azərbaycanla əməkdaşlıq iki ölkə arasında gələcək münasibətlərə daha böyük təkan verəcək", - deyə səfir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR