Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİB - FOTO

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİB  - FOTO
# 05 dekabr 2023 13:19 (UTC +04:00)

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

Nazirlər əvvəlcə məhdud tərkibdə görüşüblər. Daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olub.

Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər.

Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

***

12:08

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi ilə keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər.

Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Tədbir çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun həmkarları ilə ikitərəfli görüşləri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR