Azərbaycanın Ermənistanla beynəlxalq hüquqa əsaslanan normallaşma prosesi ilə bağlı mövqeyi prinsipial və ardıcıldır. Azərbaycanın təşəbbüsü ilə başlanan və son üç ildə fəal şəkildə irəliləyən bu prosesi davam etdirmək əzmimiz sarsılmazdır.
APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışında bidirib.
"Azərbaycan ərazilərinin 30 ildir davam edən işğalına son qoyulması ilə tarixi fürsət pəncərəsi açılıb. Dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsi Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yoldur.
Biz bütün Aİ qurumlarını və üzv dövlətləri öz konstruktiv dəstəyini verməyə və ya heç olmasa, Qranadada ləğv edilmiş liderlərin görüşü kontekstində təəssüflə müşahidə etdiyimiz kimi, bu vacib normallaşma prosesinə zərər verə biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Biz buna təəssüf edirik, çünki bu proses tərəflərin mövqelərinin yaxınlaşmasında faydalı ola bilərdi", - deyə qeyd olunub.