“Hazırda işğaldan azad olunmuş ərazilərdə mədəni irsimizin bərpasını həyata keçiririk. Serbiya tərəfinin bu prosesdə dəstəyindən, şübhəsiz, şad olardıq”.
APA xəbər verir ki, bu fikirləri Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini əlavə edib ki, sabah mədəniyyət naziri Adil Kərimli ilə Serbiya nümayəndə heyətinin görüşü olacaq.
“Yəqin ki, bu mövzu ətrafında da müzakirələrimiz olacaq”, - deyə o əlavə edib.