Paşinyanın müavini: Azərbaycanla delimitasiyanın Tavuşdan başlanması barədə qərar yoxdur

Paşinyanın müavini: Azərbaycanla delimitasiyanın Tavuşdan başlanması barədə qərar yoxdur
# 03 aprel 2024 18:07 (UTC +04:00)

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin Tavuş vilayətindən başlanması barədə qərar yoxdur.

APA xəbər verir ki, bunu Ermənistan tərəfdən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya rəhbərlik edən Baş nazirin müavini Mqer Qriqoryanın Ofisindən “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirilib.

Qriqoryanın ofisindən o da qeyd olunub ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti görüşü ilə bağlı razılıq yoxdur.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı prosesin məhz bu bölgədən başlanacağı barədə bəyanat vermişdi.

Fərid Azəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR