Astana Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyevlə telefon danışığı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.