Rəvan Həsənov: İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib

Rəvan Həsənov: İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib
# 23 may 2025 12:35 (UTC +04:00)

İslamofobiya müxtəlif adlar altında təqdim olunsa da, bu, qlobal xarakter daşıyan ciddi bir problemə çevrilib.

APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” tədbirinin mətbuat konfransında deyib.

Rəvan Həsənov İslamafobiyanın fərqli adlarla təqdim olunmasına baxmayaraq qlobal problemə çevrildiyini və qlobal mahiyyət daşıdığını qeyd edib:

"Azərbaycanın bu hərəkatda vacib rol oynamasının səbəblərindən biri ölkənin İslam irsinə bağlı olması səbəbindən digər İslam ölkələri kimi ayrı seçkiliyə məruz qalmasıdır. Bu həmçinin bizim beynəlxalq siyasətdəki rolumuzun artırılmasında rol oynayıb. Bu konfrans digərlərində fərqi odur ki, artıq bu konfrans dayanıqlı, elmi platformaya çevrilib, 12 beynəlxalq təşkilat əsaslı dəstəyini alıb. Bizim mesajımız budur ki, liberal dəyərlərləri qəbul etdiyini iddia edən ölkələrdə belə bu halların rast gəlindiyi və buna qarşı da mübarizə etdiyimizi, bu barədə məlumatlandırdığımızdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR