Rusiya və Azərbaycan XİN müavinləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Rusiya, Azərbaycan

© APA | Rusiya, Azərbaycan

# 23 iyul 2024 15:20 (UTC +04:00)

Xarici işlər nazirinin müavini Samir Şərifov Moskvada rusiyalı həmkarı Aleksandr Qruşko ilə məsləhətləşmələr aparıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqaz və ətraf regionlardakı vəziyyət, Avropa İttifaqı və NATO problematikası, eləcə də Avropa Şurasının regiondakı fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

O da bildirilib ki, görüş Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun dostluq və etimad şəraitində keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR