Səfir: Rumıniya Cənubi Qafqazda Azərbaycanın dostu olmaqda davam edir

Səfir: Rumıniya Cənubi Qafqazda Azərbaycanın dostu olmaqda davam edir
# 01 dekabr 2023 19:47 (UTC +04:00)

Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinə nail olmaq üçün səyləri davam etdirən Azərbaycanın dostu olmaqda davam edir.

APA xəbər verir ki, bunu Rumıniyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Vasile Soare Bakıda Rumıniyanın Milli Gününə həsr olunmuş tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

"Rumıniya Cənubi Qafqazda beynəlxalq hüququn müəyyən edilmiş prinsipləri əsasında bütün qonşularla münasibətləri normallaşdırmaqla sülh, sabitlik və təhlükəsizlik mühitinə nail olmaq üçün səyləri davam etdirməyə təşviq edən Azərbaycanın vicdanlı dostu və tərəfdaşı, dəstəkçisi olub və olmaqda davam edir", - deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR