Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov sentyabrın 18-də Moskvada Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə "Xəzər beşliyi" formatında əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə edilib.
Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.