Tacikistan Prezidenti gələn ay Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti gələn ay Azərbaycana səfər edəcək
# 12 aprel 2024 19:48 (UTC +04:00)

Tacikistan Prezidenti Emoməli Rəhmon gələn ay Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin Minskdə Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun görüşünə dair məlumatında qeyd edilib.

Bildirilib ki, XİN rəhbərləri Tacikistan Prezidenti Emoməli Rəhmonun 2024-cü il may ayının üçüncü ongünlüyünə planlaşdırılan Azərbaycan Respublikasına dövlət səfərinə hazırlıq işlərini ətraflı müzakirə ediblər.

“Nazirlər, həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin, Tacikistan Kino Günlərinin və Tacikistan-Azərbaycan Biznes Forumunun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Regional və beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə baxılıb” – məlumatda deyilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR