Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra bölgədə atəşkəs rejiminin pozulması halı aşkar edilməyib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən mənbə bildirib.
Qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini davam etdirir və antiterror tədbirlərindən sonra bölgədəki son prosesləri yaxından izləyir.