Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib

Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib
# 29 noyabr 2023 16:04 (UTC +04:00)

Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.

“Bir neçə il bundan əvvəl qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər.

Hal-hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır”, - məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR