Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişiklik Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması ilə əlaqədar olub. Dəyişikliyə əsasən "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na 2 nömrəli əlavə -"Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları"nın cədvəlinə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan mühafizə zabiti, zabit-mütəxəssis və əməliyyat işçisi daxil edilib.