ABŞ-ın Azərbaycandakı səfiri Massaçusetsdə “Azərbaycan və Amerika: Səfirin Baxışı” mövzusunda məruzə edib - FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Massaçusetsdə “Azərbaycan və Amerika: Səfirin Baxışı” mövzusunda məruzə edib - <span style="color: red;">FOTO
# 16 avqust 2013 09:06 (UTC +04:00)

APA-nın “Sippican Week” qəzetinə istinadən verdiyi məlumata görə, tədbir Sippikan Tarix Cəmiyyəti (Sippican Historical Society) və Elizabet Teyber Kitabxanası (Elizabeth Taber Library) tərəfindən təşkil olunub.

Məruzədə səfir Azərbaycanla ABŞ arasındakı münasibətlərdə qarşılıqlı maraq doğuran məsələlərə toxunub. Səfir qeyd edib ki, bir çox amerikalılar Azərbaycan barədə çox az biliklərə malikdirlər: “Lakin onu deməliyəm ki, Azərbaycan strateji və vacib ölkədir. Bunu anlamaq üçün sadəcə xəritəyə baxmaq kifayətdir”.

Səfir çıxışda həmçinin Azərbaycanın terrorizmlə mübarizədə və enerji təhlükəsizliyi sahəsində verdiyi töhfədən də danışıb: “İnsanlar deyirlər ki, biz əslində Azərbaycanın enerji ehtiyatları ilə maraqlanırıq. Bu, düzgün fikir deyil. Geosiyasət, demokratiya və insan haqları ilə bağlı məsələlər daha vacibdir”.

Səfir R. Morninqstardan sonra onun həyat yoldaşı Feit Morninqstar çıxış edib. Öz çıxışda o Azərbaycanda qadın haqları ilə bağlı vəziyyətdən, irəli sürdüyü təşəbbüslərdən danışıb.

Çıxışların sonunda məruzəçilər tədbir iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR