APA-nın məlumatına görə, Y. Hamaçek Çexiya prezidentinin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq göstərdiyini bildirib.
Çexiyanın böyük nümayəndə heyəti ilə birinci Avropa Oyunlarında iştirak edəcəyini deyən Y. Hamaçek ölkəsinin Milli Olimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını vurğulayıb.
Çexiya prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan Azərbaycan prezidenti əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. I Avropa Oyunlarının əhəmiyyətinə toxunan İ. Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzulayıb.
Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirilib.