Azərbaycan prezidenti Litva, Norveç və Malayziyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti Litva, Norveç və Malayziyanın yeni səfirlərinin etimadnamələrini qəbul edib
# 09 sentyabr 2014 14:13 (UTC +04:00)

APA – nın məlumatına görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olunub, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib.

 

Söhbət zamanı əlaqələrimizin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Prezident İlham Əliyev bu gün həmçinin Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın etimadnaməsini qəbul edib.
 

Görüşdə Azərbaycanla Malayziya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə qarşılıqlı marağın əhəmiyyəti qeyd edilib, bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimizin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulanıb.
 

Azərbaycan prezidenti Norveçin yeni təyin olunmuş səfiri Baard İvar Svendseni də qəbul edib. Etimadnamə təqdim edildikdən sonra səfirlə prezident İlham Əliyev arasında söhbət olub.
 

Azərbaycanla Norveç arasında ikitərəfli əlaqələrin ümumilikdə razılıq doğurduğunu deyən dövlət başçısı səfir B. Svendsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu deyib.
 

Səfir B. Svendsen isə ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd edib. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR