Azərbaycanın müdafiə naziri belaruslu və serbiyalı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri belaruslu və serbiyalı həmkarı ilə görüşüb
# 27 sentyabr 2016 12:04 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Zakir Həsənovun sərgidə iştirak edən Serbiyanın müdafiə naziri Zoran Corceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR