Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Seymində separatçı “Dağlıq Qarabağ Respublikası” ilə parlamentlərarası əlaqələr üzrə qrupunun yaradılması məsələsinə münasibət bildirib. APA-nın məlumatına görə, nazir bu məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirinə təlimat verildiyini deyib: “Artıq bizim Litvadakı səfirimizə bununla bağlı görüşlər keçirmək və məsələni araşdırmaq təlimatı verilib. Bu məsələ ilə bağlı məlumat alan kimi mətbuata əlavə açıqlama veriləcək”.