Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, baş nazir Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) iştirak edəcək.
Baş naziri iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək. Onlar Azərbaycan-Litva biznes-forumunda iştirak edəcəklər.
Algirdas Butkyaviçyusun Azərbaycanın yüksək rütbəli şəxsləri ilə görüşləri də gözlənilir.