Bakı. Kəmalə Quliyeva – APA. Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rasim Musabəyov və Ceyhun Osmanlı İtaliyanın paytaxtı Romada səfərdədirlər. MM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 26-da başlayan səfər zamanı deputatlar “Azərbaycan 2020. Gənclərin baxışı” adlı forumda iştirak edəcəklər.
Tədbirdə “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırki vəziyyət və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılacaq.
Səfər martın 30-da başa çatacaq.