Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib
# 26 avqust 2013 17:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti Nikolaye Timoftini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. APA-nın verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Sizi və dost Moldova xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaq.

Hörmətli cənab prezident, sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR