Sevinc Fətəliyeva: “Ermənistanda Azərbaycan fobiyasının mövcud olmasının təsdiqi bütün azərbaycanlıların deportasiya olunmasıdır”

Sevinc Fətəliyeva: “Ermənistanda Azərbaycan fobiyasının mövcud olmasının təsdiqi bütün azərbaycanlıların deportasiya olunmasıdır”
# 30 sentyabr 2014 15:16 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında “Neonasizm təzahürünə müqavimət” adlı hesabat ətrafındakı müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, S. Fətəliyeva bildirib ki, neonasizm, ksenofobiya təzahürünün qarşısını almaqda ən effektiv üsullar mədəniyyət, təhsil və informasiya kampaniyalarıdır: “Uşaqlar və gənclər digər mədəniyyətləri və tarixləri öyrənməlidirlər. Lakin bəzən ksenofobiya, irqçilik və dözümsüzlüyün digər növləri təkcə savadsızlıq üzərində yaranmır, terrorçuluq, ekstremizm üzərində də qurulur. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. AŞPA-da bəzən Azərbaycanda erməni fobiyasının mövcud olması səslənir. Bu mifin dağılmasına misal çəkərək qeyd etməliyəm ki, Azərbaycanda 30 mindən çox etnik erməni yaşayır. Əksinə, Ermənistanda Azərbaycan fobiyasının mövcud olmasının təsdiqi isə Ermənistanda etnik təmizləmə nəticəsində bütün azərbaycanlıların deportasiya olunması və ən əsası, Azərbaycan torpaqlarında azərbaycanlıların qətlə yetirilməsidir. AŞPA-nın əsas məqsədlərindən biri dünyada vəziyyətin yaxşılaşdırılması naminə millətlərarası birliyin yaranmasıdır. Lakin əsl birlik asan qazanılmır. Bu münasibətlərin dəyişməsi siyasi liderlərin baxışlarının genişlənməsindən, beynəlxalq təşkilatların mövqelərinin möhkəmlənməsindən asılıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR