Xələf Xələfov: “Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq region ölkələri ilə ümumi məxrəcə gələ bilib”

Xələf Xələfov: “Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq region ölkələri ilə ümumi məxrəcə gələ bilib”
# 30 avqust 2013 13:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ASAİF-in XI Yay Forumunda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, xarici siyasətdə əsas məsələ beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsidir: “Biz regionlar üzrə Azərbaycanın maraqlarını irəli aparmaq üçün lazımı zəmin yaratmışıq. Azərbaycan qonşu ölkələrə əlaqələrə xüsusi əhəmiyyət verir. Qonşu ölkələrlə stabil və uzunmüddətli əməkdaşlığa söykənən əməkdaşlıq qurub. Biz bəzi dövlətlərdən fərqli olaraq region ölkələri ilə ümumi məxrəcə gələ bilmişik. Artıq Azərbaycan qarşılıqlı sərmayələrin qoyulmasında fəal iştirak edən ölkədir".

Nazir müavini bildirib ki, bu gün Azərbaycanın 41 ölkə ilə hökumətlərarası komissiyası mövcuddur ki, bu da iqtisadi əlaqələrin inkişafı üçün önəm daşıyır.

Xələf Xələfov Xəzərin statusu ilə bağlı danışıqların indiki durumuna da toxunub: “Türkmənistan və İranla ayrı-ayrılıqda danışıqlar aparılır. Ümid edirik ki, qarşılıqlı qonşuluq və dostluq zəminində həmin ölkələrlə də bu məsələdə ortaq məxrəcə gələcəyik. Bu gün Xəzər ölkələri arasında olan əməkdaşlıq ruhu razılaşmanın əldə olunacağını söyləməyə əsas verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR