“Artıq 50 ildir ki, qadınlarımızın narahatlığı, problemi bitmir”.
APA xəbər verir ki, bunu Yeni Kaledoniya parlamentinin üzvü Mari-Line Out Dare Sakila “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, neokolonial bir dövrdə qadınların inkişafı önəmlidir:
“Qadınların mübarizəsi öz dillərinin qorunması, azadlıqları ilə bağlıdır. Amma bunlar gözlənilən nəticəni vermir. Gələn ağdərililər bizə kömək edir, yoxsa köklərimizdən ayırır? Bu suallar verilməlidir. Bizim qadınlarımızın üzləşdiyi problemlər çoxdur. Əcdadlarımızdan gələn ənənələrimizi qorumağa çalışırıq. Qadınların öz hüquqlarını yerinə yetirməsi ilə bağlı bir sıra qərarlar qəbul edildi. Həmçinin sosial-iqtisadi sahələrdə qadının səlahiyyətləndirilməsini düşünürük".