ABŞ Əfqanıstana atdığı "superbomba" 90-dan çox İŞİD-çini məhv edib

abs efqanistana atdigi superbomba 90 dan cox isid cini mehv edib

ABŞ-nın Əfqanıstanın şərqinə "superbomba" atması nəticəsində 90-dan çox İŞİD silahlısı məhv edilib.

 

APA-nın "Frans Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Nanqarhar əyalətinin Açin qəzasının rəhbəri İsmayıl Şinvari bildirib: "ABŞ aviasiyasından atılan bombanın partlaması nəticəsində azı 92 İŞİD yaraqlısı öldürülüb”.

 

Qeyd edək ki, Pentaqon Əfqanıstanda İŞİD-ə qarşı ilk dəfə “bombaların anası” adı verilmiş güclü fuqas aviasiya bombasını sınaqdan keçirib. 9.5 ton çəkisi olan "superbomba" aprelin 13-də MS-130  təyyarəsindən atılıb.

 

Məlumata görə, ABŞ 15 ədəd bu tipli bombaya malikdir. Ağ Evdən verilən məlumata görə, zərbə terrorçuların sığındığı tunelə endirilib. Rəsmi Vaşinqton bu addımını İŞİD terror qruplaşmasını məhv etməyə dair üzərinə götürdüyü öhdəliyə sadiq olması ilə izah edib.

 

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin bu zərbəsini "çox uğurlu missiya” adlandırıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ