Almaniya səfiri Quba və Qusara səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Quba və Qusar rayonlarına səfər edib. Səfirlikdən APA-ya verilən məlumata görə, səfir hər iki rayonun İcra Hakimiyyəti başçıları, eləcə də rayonların digər məsul şəxsləri ilə görüşüb və regionla tanış olub.

Səfir Qubada ən qədim xalça manufakturasını ziyarət edib. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov qəsəbədə gəzinti zamanı səfirə qəsəbənin tarixi və etnik qrupun həyat tərzi barədə məlumat verib. Etnik azlıqların məskunlaşdığı Qusarda da etnik müxtəlifliklərlə bağlı müzakirə aparılıb.

 

Səfir M.Kindsqrab Şahdağ turizm kompleksində olub. O, Şahdağ Turizm Mərkəzinin direktor müavini Rövşən Cahangirovla kompleksin inkişafı və Azərbaycanın turizm potensialını müzakirə edib. Səfərin sonunda səfir Qusarda „OKI“ xəstəxanasında olub. Qeyd edilib ki, bu xəstəxana təqribən 20 il əvvəl Almaniyanın dəstəyi ilə tikilib və buradakı cihazlar əsasən Almaniyadan gətirilib. Qusarın aparıcı klinikalarından olan bu xəstəxana Almaniyanın „yaşlı ekspertlər xidməti“ ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində müntəzəm olaraq Almaniyadan gələn həkimlər bu klinikada işləyirlər.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ