"ASAN Viza” vasitəsilə 250-yə yaxın əcnəbiyə elektron viza verilib

asan viza vasitesile 250 ye yaxin ecnebiye elektron viza verilib

“Ötən ilin dekabrın 16-dan indiyə kimi “ASAN Viza” portalı (evisa.gov.az) vasitəsilə 250-yə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib”.

 

Bunu APA-ya “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib. O bildirib ki, “ASAN Viza” portalı ötən il dekabrın 16-dan test rejimində fəaliyyət göstərir. Portal yanvarın 10-dan tam istifadəyə veriləcək.

 

Qeyd edək ki, "ASAN Viza" vasitəsilə əcnəbilər onlayn şəkildə müraciət edərək viza ala bilirlər. Ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndərilir. Viza üçün dövlət rüsumu 20 ABŞ dollarıdır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ