Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək

azerbaycan numayende heyeti aspa nin qis sessiyasinda istirak edecek

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

 

Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və  İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək.

 

Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən  öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq.

 

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər  və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların  təkmilləşdirilməsi” mövzularında məruzələrin müzakirəsi keçiriləcək.

Səfər yanvarın 28-də başa çatacaq.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301