Azərbaycan prezidenti Həsən Ruhani və Əli Xameneyiyə başsağlığı verib

azerbaycan prezidenti hesen ruhani ve eli xameneyiye bassagligi verib

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. Onun əziz xatirəsi daim yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

 

Dövlət başçısı həmçinin İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri, İran İslam Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani müdrik və uzaqgörən siyasətçi kimi tanınıb. Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə verib. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:14 24 Avqust
09:05 24 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zig suraxani yolunun daha bir hissesi yeniden qurulur
    Zığ-Suraxanı yolunun daha bir hissəsi yenidən qurulur
  • tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub
    Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil olun...
tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub tufandag buzlagini tedqiq etmek ucun ekspedisiya teskil olunub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0075
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ