Riqada Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub

Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

 

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

 

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.

 

Prezidentlər rəsmi foto çəkdiriblər.

 

Azərbaycan prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

 

Sonra hədiyyələr təqdim edilib.

 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:15 16 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan respublikasinin prezidenti ilham eliyev multikulturalizmin azerbaycan modeli haqqinda kitabinin teqdimati olub
    "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikul...
  • azerbaycanin energetika naziri seudiyye erebistaninda bir sira gorusler kecirib
    Azərbaycanın energetika naziri Səudiyyə Ərəbistanında bir sı...
azerbaycanin energetika naziri seudiyye erebistaninda bir sira gorusler kecirib azerbaycanin energetika naziri seudiyye erebistaninda bir sira gorusler kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 16 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0859
 
RR
0.0302