Azərbaycan səfiri Varşava Universitetinin tələbələri ilə görüşüb

azerbaycan sefiri varsava universitetinin telebeleri ile gorusub

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Varşava Universitetinin Hüquq və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti ilə görüşüb.
 

Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Həsənov müəllim, tələbə və aspirantlara Azərbaycanın qədim və müasir tarixi barədə məlumat verərək, ilk dəfə 1472-ci ildə Polşa və Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulduğunu vurğulayıb.

 

Səfir həmçinin Azərbaycanda həyata keçirilmiş dövlət quruculuğu tədbirləri, eyni zamanda Aİ-Azərbaycan münasibətləri barədə ətraflı məlumat verib, tədbirin moderatorunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə sualına cavab olaraq ermənilərin Cənubi Qafqaza köçürülməsinin tarixi, ölkəmizə qarşı ərazi iddiaları, münaqişənin müasir tarixi və həlli yollarından danışıb. H. Həsənov Dağlıq Qarabağ ərazisinin “tanınmamış dövlət”, “mübahisəli ərazi” adlandırmasına qəti etiraz edərək, bu ərazinin Azərbaycanın ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırıb.
 

Səfir iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan siyasi, iqtisadi və mədəni tədbirlər barədə məlumat verərək, ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizi barədə tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat sual-cavab sessiyası çərçivəsində tədbir iştirakçılarının Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətlərinə, Polşa və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanları barədə suallarını cavablandırıb.
 

Sonda tədbir iştirakçılarına səfirlik tərəfindən Dağlıq Qarabağ mövzusunda polyak dilində çap edilmiş dörd adda kitab və Xocalı soyqırımı barədə açıqcalar paylanılıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ