Azərbaycan prezidenti: "Bolqarıstan Azərbaycan üçün çox önəmli tərəfdaşdır, dost ölkədir" - YENİLƏNİB

azerbaycan prezidenti bolqaristan azerbaycan ucun cox onemli terefdasdir dost olkedir yenilenib

Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

APA-nın məlumatına görə, dövlət başçıları görüşdə çıxış ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bolqarıstan Azərbaycan üçün çox önəmli tərəfdaşdır, dost ölkədir. “Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq. Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq. Bolqarıstan bizim üçün çox önəmli tərəfdaşdır, dost ölkədir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək”.

 

R. Radev isə bunları deyib: “Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq”.

 

*** 11.09

 

Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:32 18 Oktyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev elimizden geleni etmeliyik ki tehlukeli elementler bizim serhedlerden kecmesin yenilenib
    Prezident İlham Əliyev: “Əlimizdən gələni etməliyik ki, təhl...
  • nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir
    Nazir Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşmək niyyəti...
nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir nazir perviz sahbazov turkiyeli hemkari ile gorusmek niyyetindedir +2
MƏZƏNNƏ
FOREX
/ 19 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2
 
RR
0.0297