Azərbaycan və Çin XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

azerbaycan ve cin xin leri arasinda siyasi meslehetlesmeler kecirilib

Azərbaycan Respublikası və Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ölkənin xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Li Huilai siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, regional və qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Xələf Xələfov Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini bildirərək, Çin ilə münasibətlərin Azərbaycan üçün prioritet istiqamət olduğunu qeyd edib. Azərbaycanın Çinlə əməkdaşlığın bütün sahələrində, xüsusilə uzunmüddətli iqtisadi münasibətlər qurmaqda maraqlı olduğunu qeyd edərək, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı, həmçinin, Azərbaycan şirkətlərinin Çinin iqtisadi subyektləri ilə ticari-iqtisadi əlaqələrin inkişafının təqdirəlayiq hal olduğunu bildirib.

 

X.Xələfov Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən köklü islahatlar barədə danışaraq, energetika, sənaye, nəqliyyat, kommunikasiya, informasiya texnologiyaları, turizm, ticari əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.  Qlobal xarakterli irimiqyaslı enerji və nəqliyyat layihələrini həyata keçirərək və bu layihələrin reallaşdırılmasında etibarlı tərəfdaş kimi çıxış edərək Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər-bir yol” təşəbbüsünü dəstəklədiyini qeyd edib.

 

Nazir müavini Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti və dəyişməz dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayaraq, Azərbaycanın “Vahid Çin” prinsipini siyasi münasibətlərin qurulmasının ilk anlarından etibarən birmənalı və ardıcıl olaraq dəstəklədiyini diqqətə çatdırıb. O, müstəqillik, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətin ən yüksək səviyyədə imzalanmış sənədlərdə də öz əksini tapdığını və siyasi planda ölkələrimiz arasında heç bir fikir ayrılığının mövcud olmadığını əlavə edib.  X.Xələfov  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyə görə Çin tərəfinə təşəkkür edib.

 

Azərbaycanı Çinin ənənəvi tərəfdaş və dostu adlandıran Li Huilai iki ölkə arasında münasibətlərin qurulmasında Ümumilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsindən məmnunluğunu bildirib. Li Huilai “Vahid Çin” prinsipinin Azərbaycan tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini bildirib və Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan hökumətinin sabitliyin təmin edilməsində həyata keçirdiyi siyasəti dəstəklədiyini bir daha bəyan edib. Li Huilai xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsinə dair Çinin mövqeyinin aydın və dəyişməz olduğunu diqqətə çatdırıb. Həmçinin, Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunub-saxlanılmasında Çinin konstruktiv rol oynamağa hazır olduğunu əlavə edib.

 

Asiya və Avropa arasındakı nəqliyyat qövşağında yerləşən Azərbaycanın “Bir kəmər-bir yol” layihəsi çərçivəsində əsas bağlayıcı rolunu vurğulayan qonaq, regionda Ölkəmizin iştirakı ilə həyata keçirilən bir çox əhəmiyyətli layihələrin inkişafının məmnunluqla qarşılandığını ifadə edib.  Ölkəsi üçün Azərbaycanın Avrasiya regionunda əsas tərəfdaşlardan biri olduğunu bildirən Li Huilai müasir İpək Yolunun inkişaf etdirilməsində Çinin Azərbaycan tərəfi ilə birgə fəaliyyətə hazır olduğunu qeyd edib. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artırılması üçün böyük potensialın mövcudluğunu qeyd edən çinli diplomat Azərbaycan məhsullarının Çinə ixracının təşviq olunmasının vacibliyini bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada heyder eliyevin vefatinin 14 cu ildonumune hesr olunan anim tedbiri kecirilib
    Moskvada Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olu...
  • ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib
    Ankarada Ərdoğan və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib ankarada erdogan ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 12 Dekabr, 2017

USD
1.7
 
EUR
2.0024
 
RR
0.0287