Azərbaycan XİN rəbhəri TÜRKSOY-un baş katibi ilə görüşüb

azerbaycan xin rebheri turksoy un bas katibi ile gorusub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinovu ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə TÜRKSOY-un fəaliyyəti, incəsənət və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər və türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

 

D. Kaseinov Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş Azərbaycan-TÜRKSOY əlaqələri haqqında kitabı təqdim edib.

 

TÜRKSOY-un fəaliyyətindən danışan D. Kaseinov Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş TÜRKSOY Gənclik orkestrinin İngiltərə, Şotlandiya və İtaliyada keçirilmiş konsertində səsləndirilmiş türk dünyası müasir klassik musiqi bəstəkarlarının əsərləri, həmçinin TÜRKSOY “Beynəlxalq Novruz bayramı” çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda keçirilmiş konsertlərində səsləndirilmiş musiqilərin yer aldığı diski təqdim edib.

 

Görüşdə TÜRKSOY-un gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlarla əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ