Azərbaycan XİN rəhbəri Argentinanın sabiq vitse-prezidenti ilə görüşüb

azerbaycan xin rehberi argentinanin sabiq vitse prezidenti ile gorusub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov V Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos və Deputatlar Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin baş direktoru Xuan de Dios Sinkuneqini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edilərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından perspektiv vəd edən sahələr barəsində fikir mübadiləsi aparılıb.

 

Xüsusilə, kənd təsərrüfatı, enerji sektoru, alternativ enerji mənbələri və infrastruktur sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib.

 

Azərbaycan və Argentina arasında çoxtərəfli platformada da yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanaraq, BMT çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi haqqında danışılıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
  • neftcalada pambiq sahesinde yangin olub
    Neftçalada pambıq sahəsində yanğın olub
neftcalada pambiq sahesinde yangin olub neftcalada pambiq sahesinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ