Azərbaycan XİN rəhbəri maltalı həmkarı ilə görüşüb

azerbaycan xin rehberi maltali hemkari ile gorusub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Malta xarici işlər naziri Corc Vella ilə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə C. Vella 2016-cı ilin aprel ayında ölkəmizə səfərini və səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

 

Görüşdə İki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafı baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib. Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.

 

Azərbaycan və Malta arasında münasibətlərin daha da irəliləməsi baxımından ikitərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

 

Görüşdə həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edilib. Bu xüsusda, E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Maltanın hazırda Avropa İttifaqına sədrliyinin bu əməkdaşlığa verə biləcəyi töhfələr haqqında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasına Malta tərəfindən dəstək ifadə edilərək, Azərbaycanın Avropa üçün enerji, eləcə də nəqliyyat baxımından əhəmiyyəti vurğulanıb və bu sahədə müvafiq layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

 

Sonda E. Məmmədyarov Malta Xarici İşlər Nazirliyinin xatirə kitabına ürək sözlərini yazıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ