İtaliya XİN rəhbəri: “Azərbaycan-Aİ münasibətlərinin intensivləşdirilməsini dəstəkləməkdə davam edəcəyik”

italiya xin rehberi azerbaycan ai munasibetlerinin intensivlesdirilmesini desteklemekde davam edeceyik

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya xarici işlər naziri Ancelino Alfano arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

 

APA-nın XİN-ə istinadən verdiyi məlumata görə, E. Məmmədyarov həmkarına ünvanladığı məktubda ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, habelə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu qeyd edib.

 

2017-ci ildə İtaliyaya rəsmi səfərini məmnunluq hissi ilə xatırladan nazir E. Məmmədyarov bu cür səfərlərin iki ölkə arasında mövcud olan ikitərəfli və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına, münasibətlərimizin dərinləşməsinə və keyfiyyətcə yeni mərhələyə qalxmasına təkan verəcəyinə əminliyini ifadə edib.

 

E. Məmmədyarov Azərbaycan və İtaliya arasında uğurlu əməkdaşlıq layihələrinin, xüsusilə “TAP” layihəsinin dövlətlərimiz və xalqlarımız arasında dostluğun bundan sonra daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, İtaliyanın 2017-ci ildən ATƏT “üçlüyü”nə üzv olduğunu nəzərə alaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə və ədalətli həlli istiqamətində İtaliyanın səylər göstərəcəyinə böyük ümidlər bəslədiyini deyib.

 

A. Alfano isə E. Məmmədyarova ünvanladığı məktubda ötən 25 ildə ölkələrimizin xüsusilə iqtisadi sahədə mühüm əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olduğunu, İtaliyanın tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrildiyini bildirib. İtaliyanın Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi, habelə şirkətlərimiz və vətəndaş cəmiyyətlərimiz üçün yeni imkanların araşdırılması istiqamətində birgə səy göstərməyə hazır olduğunu qeyd edib.

 

A. Alfano İtaliyanın Azərbaycan və Aİ arasındakı münasibətlərin intensivləşdirilməsini qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib. Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə işlərin başlanmasının İtaliya tərəfindən müsbət qarşılandığını vurğulayan nazir bunun qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun stimullaşdırılması və bütün sahələrdə əlaqələrimizin daha da gücləndirilməsi üçün əlverişli çərçivə yaradacağına əminliyini ifadə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ