Bakı Forumu çərçivəsində Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması müzakirə edilib

V Qlobal Bakı Forumu çərçivəsində “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət Planına doğru” mövzusunda panel iclası keçirilib.

 

APA-nın məlumatına görə, panelin moderatorluğunu Rusiya baş nazirinin keçmiş müavini Gennadi Burbulis həyata keçirib.

 

İlk olaraq çıxış edən Moldovanın keçmiş prezidenti Petru Luçinski bildirib ki, hazırda Avropa daxilində problemlər mövcuddur: “Brexit baş verdi, digər gərginliklər var. Bütün hallarda prioritetlər müəyyənləşməlidir”.

 

Baltik-Qara dəniz Mərkəzinin təmsilçisi İrina Veraşşuk mərkəzin yaxın gələcəkdə qarşıya qoyduğu məqsədləri açıqlayıb. O deyib ki, bu məqsədlərin icrası üçün birləşmək və birlikdə fəaliyyət göstərmək lazımdır.
  
Latviyanın keçmiş prezidenti Valdis Zatlers qeyd edib ki, Rusiya sərhədləri boyunca münaqişələr var: “Bunlar dondurulmuş və dondurulmamış münaqişələrdir. Məsələn, Dnestryanı və Abxaziyada öldürmürlər. Lakin Donbas və Qarabağda itkilər olur. Biz düşünməliyik ki, gələcəkdə nəyi dəyişə bilərik. Anlamaq lazımdır ki, ölkələr əməkdaşlıq etməlidir. Məqsəd aydın olmalıdır və bilməliyik ki, nə etməliyik, necə etməliyik”.
 
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski bəyan edib ki, indiki dövrdə keçmiş prezidentlərin təklif etdiyi ən yaxşı yol dialoqdur: “Bu gün siyasətçilər bizi dinləmək istəyirlərsə, bu yaxşıdır. Lakin bəziləri bunu istəmir. Ona görə də biz universitetlərlə, gənclərlə işləmələyik". 
 
A. Kvasnevskinin fikrincə, təkcə “dondurulmuş” münaqişələr barədə deyil, Rusiya ilə dondurulmuş dialoq barədə də danışmaq və məsələni həll etmək lazımdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
  • neftcalada pambiq sahesinde yangin olub
    Neftçalada pambıq sahəsində yanğın olub
neftcalada pambiq sahesinde yangin olub neftcalada pambiq sahesinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ