Bakıda Norveçin milli bayramı qeyd edilib

Bu gün Dövlət Filarmoniyasında Norveçin Milli Konstitusiya gününə həsr olunmuş rəsmi gəbul keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, millət vəkilləri iştirak edib.

 

Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen bu il həm iki ölkə arasında diplomatik əlaqələrin qurulması, həmçinin Norveçin “Statoil” neft şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illiyinin tamam olduğunu deyib.  "Həm Azərbaycan, həm də Norveç mühüm dünya enerji təminatçısıdırlar. “Statoil” bizim aramızda mühüm əlaqələndirici rol oynayır. Ötən müddət ərzində Azərbaycana 6.5 milyard dollarllq sərmayə qoyulub. Azərbaycan Norveçin xarici ölkələrdə sərmayə qoyuluşuna görə ilk üçlüyə daxildir". Dağlıq Qarabağ münaqişəsinə toxunan norveçli diplomatı vurğulayıb ki, Norveç Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həll olunmasına ümid edir.

 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Norveç Krallığının 203 yaşı tamam olması münasibəti ilə  Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. İki ölkə arasında hüquqi bazanın mövcud olduğunu, yüksək səviyyədə qarşılıqlı səfərlərin edildiyino deyən nazir bundan sonra da  əlaqələrin iki ölkə xalqlarının mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. "Biz bütün ölkələrlə əməkdaşlıqda maraqlıyıq. Norveç bu ölkələr arasında xüsusi əhəmiyyət daşıyır. Bizim əlaqələrimizin böyük tarixə malik olmasını məşhur norveçli səyyah Tur Heyerdal sübut edib”. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ