BMT rəsmisi Azərbaycana səfər edəcək

bmt resmisi azerbaycana sefer edecek

BMT-nın Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini Toyli Kurbanov mayın 22-də Bakıya səfər edəcək.

 

BMT-nın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, T. Kurbanov Azərbaycanın hökumət nümayəndələri ilə görüşərək hökumətin könüllülüyün təbliği və Azərbaycanın uzun müddətli könüllülük mədəniyyətinin qurulmasında hökumətin baxışı əsasında qlobal əməkdaşlıq prioritetlərini müzakirə edəcək. 

 

İki günlük səfər ərzində o, BMT tərəfdaşları, Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (ASAN) və elm mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, könüllülük təcrübəsi olan təşkilatlarla çoxtərəfli əməkdaşlıq üçün yolları araşdıracaq.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin Könüllüləri Proqramının Azərbaycana qayıdışı və Azərbaycan hökuməti və inkişaf üzrə tərəfdaşları ilə Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üzrə könüllülüyün təbliğini müsbət qiymətləndirirlər.

 

T. Kurnabov isə qeyd edib ki, BMT-nin könüllüləri bilavasitə insanlarla işləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda sülh və inkişafı əsas tutur.

 

"BMT-nin könüllüləri öhdəçilik, fərdilik, aktivlik və həmrəylik kimi əsas dəyərləri özlərində təcəssüm etdirirlər”, - deyə o qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ