Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

 

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib.

 

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

 

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287