Çavuşoğlu BMT üzvlərini münaqişələrin qarşısının alınması və həlli ilə bağlı Quterreşin səylərini dəstəkləməyə çağırıb

cavusoglu bmt uzvlerini munaqiselerin qarsisinin alinmasi ve helli ile bagli quterresin seylerini desteklemeye cagirib

İyunun 30-da İstanbulda “Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Vasitəçilik Konfransı keçiriləcək.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu IV İstanbul Vasitəçilik Konfransı haqqında “Güclü diplomatiya, effektli vasitəçilik” başlıqlı məqalə yazıb.

 

APA həmin məqaləni təqdim edir:

 

"İyunun 30-da “Güclü diplomatiya, effektli vasitəçilik” mövzusunda IV İstanbul Vasitəçilik Konfransı keçiriləcək. Dünyanın hər tərəfindən mütəxəssislər, diplomatlar, praktiklər və alimlər qabaqcıl metod kimi münaqişələrin qarşısının alınması və həlli metodu olaraq vasitəçiliyin inkişaf etdirilməsi yolları və vasitələrini araşdıracaqlar.

 

Vasitəçiliyin profili Türkiyə və Finlandiyanın BMT-də “Sülh naminə vasitəçilik” təşəbbüsünə rəhbərlik etdiyi gündən bu zamana qədər qlobal miqyasda yüksələn xətlə inkişaf etməkdədir. Həmin təşəbbüsün nəticəsi kimi yaradılan Vasitəçilik üzrə Dostlar Qrupunun bu gün 48 ölkə və 5 beynəlxalq təşkilat olmaqla, ümumilikdə 53 üzvü var.

 

Bununla yanaşı, BMT, regional, sübregional təşkilatlar və mülki cəmiyyət müstəvisində də qabaqlayıcı diplomatiya və vasitəçilik sahəsində beynəlxalq güc məsələsində əhəmiyyətli irəliləyiş əldə edilib. Qrup vasitəçiliyin inkişaf etdirilməsi sahəsində BMT-də qabaqcıl platformaya çevrilib, vasitəçiliyin normativ və konseptual çevrəsinin genişləndirilməsinə zəmin hazırlayan BMT-nin Ümumi Şurasının dörd qərarının qəbul edilməsinin təşəbbüskarı olub. Qrup eyni zamanda dünya miqyasında alimlərdən praktiklərə qədər vasitəçilik sahəsində fəaliyyət göstərən hər kəs üçün fundamental sənəd xarakteri daşıyan 2012-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının effektiv vasitəçilik üzrə məlumat-sorğu Kitabı”nın hazırlanmasına da mühüm töhfə verib.

 

 

IV İstanbul Vasitəçilik Konfransı bu il vasitəçilik metodu və praktikasının müasir dövrün tələblərini əsas götürmək məsələsində hansı yolla daha effektiv şəkildə hərəkət edilə biləcəyini araşdırmağı hədəf kimi seçib. Bu kontekstdə xüsusi ilə iki suala cavab axtarılacaq. Bunlardan birincisi münaqişə tsiklinin bütün mərhələlərində, başqa sözlə, münaqişələrin qarşısının alınmasından həllinə və bundan əldə edilən razılaşmadan sonra sülh müqaviləsinin tətbiqinə qədər keçən bütün prosesdə vasitəçiliyin bütün potensialının praktikada istifadəsi yollarının nədən ibarət olmasının araşdırılmasıdır. Cavab axtaracağımız ikinci kritik sual siyasi, etnik və dini baxımdan qərəzli fikirlərin səbəb olduğu düşmənçilik mühitində vasitəçilikdən qabaqlayıcı mexanizm kimi daha çox istifadə üçün hansı metodların tətbiq edilə biləcəyi məsələsi olacaq. Bu suallardan ikincisi təəssüf ki, müxtəlif siyasi, sosial və dini amillərə söykənən düşmənçiliklərdən irəli gələn ekstremist xarakterli tendensiyalara şahidlik etdiyimiz müasir dövrdə xüsusi diqqət yetirilməli olan problemə çevrilib. Avropada müsəlmanlara və qaçqınlara qarşı edilən təcavüzlərin sayının artması bu vəziyyətin tipik nümunəsidir.

 

BMT-nin baş katibi Antonio Quterreş BMT-nin vasitəçilik dəstəyi imkanlarının daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Baş katibin bu səyləri təqdirlə qarşılanır. Biz də Türkiyə olaraq BMT-nin bütün üzvlərinə bugünkü münaqişələrin qarşısını almaq və onları həll etmək məqsədi ilə BMT-nin baş katibi Antonio Quterreşin geniş əhatəli vizyon və səylərini dəstəkləmək çağırışı ilə çıxış edirik. Türkiyə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Belə ki, Türkiyə kəskin və dondurulmuş münaqişələrin mövcud olmağa davam etdiyi bölgənin qonşuluğunda yerləşən ölkədir. Buna görə də münaqişələrin qarşısının alınması və sülh yolu ilə həlli anlayışı Türkiyənin təşəbbüskar və humanitar xarici siyasətinin əsas xüsusiyyətləri sırasında özünü göstərir. Türkiyə Afrikadan Orta Şərqə, buradan Balkan ölkələrinə və Qafqaza qədər geniş coğrafiyada çoxçeşidli vasitəçilik cəhdləri göstərib, sülhün bərqərar olmasını humanitar yardım-inkişaf kontekstində nəzərdən keçirən yanaşmanı qəbul edib. Türkiyə bu il də adambaşına edilən humanitar yardım baxımından dünyanın ən səxavətli ölkəsi imicini qoruyub saxlaya bilib.

 

Türkiyə 2012-ci ildən başlayaraq İstanbul Vasitəçilik Konfranslarına ev sahibliyi edir. Bu məhək daşı hesab edilən konfranslar münaqişələrin qarşısının alınması və vasitəçilik fəaliyyəti sahəsində çox sayda praktik və alimi bir araya gətirməsi qayəsi ilə təşkil olunur. Konfransların məqsədi nəzəriyyə və praktika arasında sinerjini təşviq etmək və beynəlxalq ictimaiyyətin vasitəçilik cəhdlərinin əhatə dairəsini, hədəfə çatma imkanlarını və effektivliyini artırmağa kömək etməkdir. Fürsətdən istifadə edərək dünya miqyasında hər gün müxtəlif münaqişələrin həllində aktiv rol oynayan vasitəçilərin cəhdləri qarşısında minnətdarlığımı ifadə etmək istəyirəm.

 

Konfrans bu il vasitəçilik metodu və praktikasının müasir dövrün tələblərini əsas götürmək məsələsində hansı yolla daha effektiv şəkildə hərəkət edilə biləcəyini araşdırmağı hədəf kimi seçib. Bu kontekstdə xüsusi ilə iki suala cavab axtarılacaq. Bunlardan birincisi münaqişə tsiklinin bütün mərhələlərində, başqa sözlə, münaqişələrin qarşısının alınmasından həllinə və bundan əldə edilən razılaşmadan sonra sülh müqaviləsinin tətbiqinə qədər keçən bütün prosesdə vasitəçiliyin bütün potensialının praktikada istifadəsi yollarının nədən ibarət olmasının araşdırılmasıdır. Cavab axtaracağımız ikinci kritik sual siyasi, etnik və dini baxımdan qərəzli fikirlərin səbəb olduğu düşmənçilik mühitində vasitəçilikdən qabaqlayıcı mexanizm kimi daha çox istifadə üçün hansı metodların tətbiq edilə biləcəyi məsələsi olacaq.

 

Bu suallardan ikincisi təəssüf ki, müxtəlif siyasi, sosial və dini amillərə söykənən düşmənçiliklərdən irəli gələn ekstremist xarakterli tendensiyalara şahidlik etdiyimiz müasir dövrdə xüsusi diqqət yetirilməli olan problemə çevrilib. Avropada müsəlmanlara və qaçqınlara qarşı edilən təcavüzlərin sayının artması bu vəziyyətin tipik nümunəsidir. Bu kontekstdə “qarşısını almaq” məsələsi əsas faktor kimi qarşımıza çıxır. Digər tərəfdən, bu qəbildən olan münaqişələrin qarşısının alınması yalnız cəmiyyətlərin bir-birindən fərqli olmalarını dərk etməsi, bu müxtəlifliyə hörmətlə yanaşmağı qəbul etməsi və həqiqi dialoq və qarşılıqlı təsir yolunu seçmələri ilə mümkün ola bilər. Bu sahədə konkret münaqişə vəziyyəti ilə bağlı mədəni davranış qaydaları məsələsində yüksək hazırlıqlı vasitəçilərin diqqətəlayiq uğur qazana biləcəklərinə inanıram. Bunun üçün isə gənclərin vasitəçilik missiyası istiqamətində hazırlığı tendensiyasının gücləndirilməsi, qadınların vasitəçi kimi fəaliyyətinin təşviq edilməsi və bu qrupların düzgün istiqamətdə hazırlanması qarşıdakı həll yolları ola biləcək.

 

Sülhü hakim qlobal reallığa çevirmək yolunda bizi böyük sınaqların gözlədiyi bir həqiqətdir. Lakin bu sınağın özündə ehtiva etdiyi imkanları görə bilmək də bizim vəzifələrimizə daxildir. Buna görə də beynəlxalq ictimaiyyətin vasitəçilik də daxil olmaqla, münaqişələrin sülh yolu ilə həlli sahəsindəki imkanlarını artırma istiqamətindəki istək və iradəsi prioritet məsələyə çevrilməlidir.

 

Bu fikirlə  IV İstanbul  Vasitəçilik Konfransının iştirakçılarına “Türkiyə xoş gəldiniz” deyir, beynəlxalq ictimaiyyəti vasitəçilik sahəsində əməli işə keçməyə dəvət edirəm".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sergey lavrov munaqisenin helli ile bagli menyu masa uzerindedir
    Sergey Lavrov: “Münaqişənin həlli ilə bağlı menyu masa üzəri...
  • cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib
    Cənubi Qafqaz Boru Kəmərinə bu il 657 mln. dollar xərclənib...
cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287