DSX rəisi: "Azərbaycan-İran sərhədində heç bir problem yoxdur"

dsx reisi azerbaycan iran serhedinde hec bir problem yoxdur
Tehranda Azərbaycan və İran sərhəd komandanlarının 10-cu iclası keçirilib

Dekabrın 3-də Tehranda İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib.  APA-nın Tehran bürosunun məlumatına görə, iclasda sərhəd məsələləri üzər müxtəlif sahələrdə müştərək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

İclasda çıxış edən İran Sərhəd Qoşunlarının komandanı  Qasim Rezayi iki ölkənin sərhədlərindən  qeyri-qanunu keçidin baş vermədiyini qeyd edib: “Sərhədçilərin  koordinasiyalı əməkdaşlığı və aidiyyəti qurumların  qarşılıqlı fəaliyyəti  nəticəsində  iki ölkənin sərhədlərindən  qaçaqmalçılıq  baş vermir.  Sərhədçilərimizin əməkdaşlığı nümunə göstəriləcək dərəcədədir.   Bunun nəticəsidir ki,  İran-Azərbaycan sərhədində problem yaşanmır”.

 

O qeyd edib ki, İranın quruda  Azərbaycanla 759 kilometr müştərək sərhədi var və bu amil iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini tələb edir.

 

Qasim Rezayinin sözlərinə görə, ötən 10 il ərzində müxtəlif vaxtlarda iki ölkənin sərhədçiləri arasında Astara,  Parsabad, Naxçıvan kimi sərhəd şəhərlərində 10  iclas keçirilib.  

 

Q. Rezayi hazırda sərhəd keçid məntəqələrinin 24 saat iş rejiminə keçməsi ilə bağlı  müzakirələrin davam etdirildiyini qeyd edib: “Gələn ay  iki ölkə arasında müqavilə imzalanacaq.  Astara sərhəd-keçid məntəqəsində  iki ölkənin sərhədçilərinin iclası keçiriləcək və dəmir yolu ilə qatarların gediş-gəlişinin təşkili,  sərhəddən sərnişin və yüklərin daşınması ilə bağlı əlaqələndirilmənin aparılması müzakirə olunacaq.

 

İran Sərhəd Qoşunlarının komandanı ötən il iki ölkənin sərhəd komandirlərinin Bakıda keçirilən iclasda  bir sıra razılaşmaların əldə olunduğunu qeyd edib: “Həmin sənədlərin bir qismi icra olunub.  Bugünkü iclasda  həmin müddəaların icrasının zəruriliyi vurğulandı”.

 

O qeyd edib ki, iki ölkənin prezidentləri İlham ƏliyevHəsən Ruhani arasındakı səmimi görüşlər ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradıb. 

 

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iki ölkə arasında əlaqələrin və sərhədlərdə təhlükəsizlik təminatının yüksək səviyyədə olduğunu qeyd edib.

 

E.Quliyev  görüşlərin nəticəsi olaraq, vətəndaşların sərhəddən keçməsində rahatlığın təmin olunduğunu qeyd edib: “Azərbaycan-İran sərhədində heç bir problem yoxdur. 2017-ci ilin ötən 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin  və tranzit keçidin həcmi 30 faiz artıb. Bu artım iki ölkənin qarşılıqlı  əməkdaşlığı nəticəsində baş tutub”.

 

O qeyd edib ki, ötən illə müqayisədə sərnişinlərin  şikayətlərinin də həcmi azalıb. İran İslam Respublikasından  Azərbaycana səfər edən turistlərin sayı və eləcədə  Azərbaycandan İrana gedən sərnişinlərin sayı artmaq üzrədir.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279