Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə gedib - YENİLƏNİB

elmar memmedyarov malta ve italiyaya resmi sefere gedib yenilenib

Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə  görüşləri nəzərdə tutulub.

 

İtaliyaya səfər çərçivəsində Nazir Elmar Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışına qatılacaq, Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.

 

 

***

 

saat 11.47

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Maltaya səfər edəcək.

 

APA-nın “Maltatoday” agentliyinə istinadən verdiyi məlumata görə, 3 günlük səfər çərçivəsində onu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və digər iki diplomat müşayiət edəcək.

 

Səfər çərçivəsində E. Məmmədyarov Maltanın baş naziri Cozef Muskat, xarici işlər naziri Corc Vella, Nümayəndələr Palatasının spikeri Anglu Farrugia və Malta prezidenti Mari Luis Koleiro Preka ilə görüşlər keçirəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ