Elmar Məmmədyarov Nyu-Yorkda ikitərəfli görüşlər keçirib

elmar memmedyarov nyu yorkda ikiterefli gorusler kecirib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Keniya Respublikasının Xarici Əlaqələr və Ticarət naziri Amina Mohamed , Kosta Rika Respublikasının Xarici Əlaqələr və Etiqad naziri Manuel Qonsales Sans, Dominikan Respublikasının Xarici Əlaqələr üzrə Dövlət Katibi Miqel Varqas Maldonado, Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin, Sent Kitts ve Nevisin xarici işlər naziri Mark Brantley , Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov, Sent Vinsent ve Qrenadin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker və İspaniya Krallığının Xarici Əlaqələr və Əməkdaşlıq məsələləri üzrə naziri Alfonso Dastis ilə ikitərəfli görüşlər keçirib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunub.

 

Bu xüsusda, qarşılıqlı rəsmi səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb, ikitərəfli müqavilə-hüquq bazasının, iqtisadi-ticarət və humanitar əlaqələrin birgə səylərlə inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

 

Habelə, görüşlərdə sözügedən ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

 

Görüşlərdə tərəflər arasında BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

 

Görüşlər əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı, Ermənistanın müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri və işğala əsaslanan “status-kvo”nu saxlamaq siyasəti barədə həmkarlarına müfəssəl məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib. E. Məmmədyarov münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və haqlı mövqeyinin bütün beynəlxalq ictimaiyyət, o cümlədən görüş keçirən ölkələr tərəfindən daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

 

Kolumbiya tərəfi ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən nazir Elmar Məmmədyarov və Kolumbiya tərəfdən nazir Maria Anxela Olgin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Naziri arasında idman və mədəniyyətin təşviqinə dair” Bəyannaməni imzalayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295