Nümayəndə heyətinin rəhbəri: "Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər"

numayende heyetinin rehberi ermeni deputatlar sabah bakida kecirilecek konfransda istirak edecekler

Milli Məclisdə sabah keçiriləcək "Avronest" Parlament Assambleyasının (PA) konfransında Ermənistan parlamentinin deputatları Armen Aşotyan və Mane Tandilyan da iştirak edəcək.

 

Bu barədə APA-ya Milli Məclisin deputatı, Azərbaycanın "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib.

 

F. Muradov erməni deputatların Bakıya nə vaxt gələcəyi barədə isə məlumatsız olduğunu deyib.

 

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da APA-ya bildirib ki, onda erməni deputatların Bakıya gəlib-gəlmədiyi barədə dəqiq məlumat yoxdur: “Məndə olan məlumat odur ki, erməni deputatların sabahkı tədbirdə iştirakı gözlənilir”.

 

Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.  

 

Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295