İlham Əliyev: “Roma Papasının bəyanatları bir daha ölkəmizin önəmini təsdiqləyib”

ilham eliyev roma papasinin beyanatlari bir daha olkemizin onemini tesdiqleyib

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il qazanılan uğurlardan danışıb. 

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını,  TANAP layihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb.
  

Dövlət başçısı deyib ki, 2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb. O bildirib ki, 2016-cı il idman sahəsində də uğurlarla yadda qalıb: “Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar”.


Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: “Referendum xalqımızın iradəsini əks etdirib”.

 
Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan prezident İlham Əliyev bu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: “Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”.

 

İ. Əliyev onu da əlavə edib ki, 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısı səfər edib, beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ