“İslam həmrəyliyi-Zamanın çağırışı” adlı beynəlxalq konfransda Azərbaycan prezidentinə müraciət qəbul olunub

islam hemreyliyi zamanin cagirisi adli beynelxalq konfransda azerbaycan prezidentine muraciet qebul olunub

“İslam həmrəyliyi-Zamanın çağırışı” adlı beynəlxalq konfransın iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

 

APA-nın məlumatına görə, müraciətdə qeyd olunur ki, çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub:

 

“O, xristianlıq və yəhudilik kimi səmavi dinlərin təşəkkülündə, eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Şərq və Qərbin birləşmə nöqtəsi sayılan Azərbaycan tarixi “İpək yolu” dəhlizi vasitəsilə təkcə iqtisadi tərəqqiyə deyil, dinlər və məzhəblər arası münasibətlərin inkişafına da əvəzsiz xidmətlər göstərib. Azərbaycan Respublikası özünün xarici siyasətində Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, müsəlman ölkələrini təmsil edən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub”.

 

Müraciətdə vurğulanıb ki, Azərbaycan prezidenti Şərq və Qərbin iqtisadi və mədəni istiqamətlərini özündə birləşdirən bir sıra qlobal əhəmiyyətli forumların, İslam ölkələri mədəniyyət nazirləri ilə görüşlərin təşkilatçısı olub, məşhur Bakı prosesinin müəllifi kimi sivilizasiyalar arası dialoqda Azərbaycanın aparıcı rolunu təsbit edib. Bildirilib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması bir daha təsdiq edir ki, Azərbaycanda  dini-mədəni və elmi potensialın inkişafındakı səy və xidmətləriniz son dərəcə yüksək təqdirə layiqdir: “Bu gün müasir dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya  halları, etnik-siyasi konfliktlər, terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşanır. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac vardır. Sizin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya  multikulturalizmin  nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin  inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini  verməkdədir.  Bunun bariz təzahürü, zamana etdiyiniz ən mükəmməl çağırış – bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərləri ilə həmrəyliyə dəvət etməyinizdir! Bu dəvətin  məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması faktının özü -  zamanın tələblərinə cavab verən qlobal çağırışdır və biz hesab edirik ki, sizin müdrik siyasətiniz yüksək alicənablıq və böyük uzaqgörənlik nümunəsidir”.

 

Müraciət müəllifləri ümidvar olduqlarını bildiriblər ki, "İslam Həmrəyliyi İli" elan edilən 2017-ci ildə dünyanın bütün münaqişə zonalarında, o cümlədən Azərbaycanın Qarabağ  bölgəsində beynəlxalq hüquqa söykənən ədalətli sülh bərqərar olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde ermeni texribatinin qarsisi alinib
    Parisdə erməni təxribatının qarşısı alınıb
  • bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib
    Baş prokurorun müavini: "ASAN xidmət"in yaradılması korrupsi...
bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib bas prokurorun muavini asan xidmet in yaradilmasi korrupsiyani sifira endirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ