İtaliyada keçirilən beynəlxalq konfransda Azərbaycanla bağlı panellər təşkil olunub

İtaliyanın Trentino-Alto Adige regionunda “Nodo di Gordio” beyin mərkəzinin dünyadakı geosiyasi və iqtisadi proseslərin təhlilinə həsr olunmuş 14-cü illik konfransı keçirilib.

 

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya bildirilib ki, “Dünyanın böyük xəritəsi: yerli və qlobal qovşaqlar” adlı budəfəki konfrans çərçivəsində “Nodo di Gordio”nun rəhbəri Daniele Lazzeri, mərkəzin baş tədqiqatçıları, tanınmış alim və jurnalistlər Andrea Marcigliano və Gianni Bonnininin moderatorluğu ilə Azərbaycanla bağlı “Azərbaycan: Odlar Diyarı”, “Roma Bakıya doğru baxır” və “Trans Adriatik Boru Kəməri və İtaliyanın milli maraqları” adlı panellər təşkil olunub.

 

Panellər çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın xarici siyasətinin prioritetləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji və infrastruktur layihələri, regional təhlükəsizlik, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin multikulturalizm ənənələri, Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində əməkdaşlıq mövzuları barədə danışıb.


TAP-ın İtaliya ofisinin rəhbəri Micchele Elia və “Finmeccanica-Leonardo” şirkətinin sabiq prezidenti Pierfrancesco Guarguaglininin çıxışları TAP qaz boru kəmərinin İtaliya hissəsinin çəkilməsi işləri üzrə vəziyyət və bu layihənin İtaliyanın enerji təhlükəsizliyinə faydası mövzularına həsr olunub.
 

Mədəni abidələrin mühafizəsi üzrə ekspert Anna Schavezzon və incəsənət tarixi üzrə tədqiqatçı Laura Facchin isə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, memarlığı, Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq mövzularına toxunublar.
 

Sosial media vasitəsilə canlı yayımlanan bu müzakirələr İtaliya mətbuatının diqqət mərkəzində olub və “İl Giornale”, “L’Opinione”, “IntelligoNews” və sair kimi aparıcı qəzetlərdə yazılar dərc edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ